Home | Back to Courses
Musiqi Əsərlərinin Təhlili. Forma - Analiz.

Partner: Udemy
Affiliate Name:
Area:
Description: Bu kurs, əsasən musiqi Müəllimlərinin attestasiya (sertifikasiya) imtahanlarına hazırlığı üçün nəzərdə tutulub. Lakin, musiqi əsərlərinin təhlili (forma - analiz) savadına yiyələnmək istəyən hər kəs kursa qatıla bilər. Ödəniş 1 dəfə edilir və bununla da kursumuzdakı bütün dərslər həmişəlik əlçatan olur. Həmçinin sonradan əlavə ediləcək yeni dərslər üçün əlavə ödəniş tələb EDİLMİR. Günün istənilən vaxtında və Sizə uyğun olan istənilən yerdə dərsləri izləyə bilərsiniz. Sadəcə internet və cihaz (telefon və ya planşet və ya kompüter) lazımdır. Təhlil üçün ehtiyacınız olacaq həmçinin əsas nəzəri məlumatları kursumuzda alacaqsınız. "Musiqi Əsərlərinin Təhlili. Forma - Analiz" adlı bu kursumuzda yer alan bütün dərslərimiz təxminən 1 illik dərs programı həcmindədir. Yəni, özəl müəllim ilə (repetitor) bu fənni öyrənsəniz təxminən 1 tədris ili (9 ay) zaman xərcləmiş olacaqsınız. Lakin, kursumuzdakı dərslərə diqqətli şəkildə gün ərzində CƏMİ 1-2 saat ayırmaqla təxminən 4-6 HƏFTƏ ərzində bu fənni tam mənimsəyə bilərsiniz. Formaların təhlili zamanı əsər nümunələri daha çox Avropa bəstəkarlarının əsərlərindən seçilmişdir. Ancaq forma formadır, həmçinin Milli (XÇA) musiqi təhsili verən və ya alan musiqiçilərimiz üçün bu nümunələr yenə kifayət qədər açıqlayıcı olacaqdır. Yaxın gələcəkdə xüsusilə ev tapşırıqlarında Milli musiqimizdən və Azərbaycan bəstəkarlarının əsərlərindən də nümunələr bu dərslərimizdə izah üçün təhlil ediləcəkdir. Kursun yayınlanması nəzərdə tutulan bütün dərsləri bu platformaya yükləndikdən sonra mövzular ilə bağlı ev tapşırıqlarınız sizlərə yenə burada yeni başlıqlarda təqdim ediləcək.Suallar verməkdən çəkinməyin. Tənqid və təkliflərə açığıq. Zehin açıqlığı və müvəffəqiyyət diləyirik!
Category:
Partner ID:
Price: 24.99
Commission:
Source: Impact
Go to Course