Home | Back to Courses

Selenium və Java ilə Test Avtomatlaşdırma

Course Image
Partner: Udemy
Affiliate Name:
Area:
Description: Azərbaycan dilində Selenium və Java ilə ilk onlayn Test Avtomatlaşdırma kursunu təqdim etməkdən məmnunluq duyuruq.Bu kurs, yüksək səviyyəli praktiki məşğələlər və tətbiqi biliklərə əsaslanaraq hazırlanmışdır. Kursun təlimçisi, 1998-ci ildən test avtomatlaşdırması sahəsində mütəxəssis olaraq fəaliyyət göstərən və hal-hazırda İngiltərədə yaşayan Azərbaycan əsilli bir ekspertdir. Təlimçimizin, IBM kimi dünya səviyyəli şirkətlər üçün test və keyfiyyət təminatı sahələrində konsaltinq və təlim xidmətləri göstərməkdə 25 ildən artıq təcrübəsi vardır.Bu kurs sizi Selenium və Java istifadə edərək test avtomatlaşdırması sahəsində peşəkar etməyə hazırlayır. Proqram testlərinin təməllərindən başlayaraq, veb tətbiqlərin ön-tərəf texnologiyalarını, HTML və XPath kimi lokatorları öyrənəcəksiniz. Kursda həmçinin Java proqramlaşdırma bilikləri, Selenium əmrləri və JUnit ilə test inteqrasiyası əhatə olunur. Real layihələrdə tək-səhifəlik və ucdan-uca test kodları inkişaf etdirməklə praktiki təcrübə qazanacaqsınız. Kursun sonunda real tətbiqlər üzərində avtomatlaşdırılmış testlər yazmaq bacarığını mənimsəyəcəksiniz. Bu, karyeranızı inkişaf etdirmək üçün əvəzsiz bir imkandır!Kursun ilkin şərtləri: Kursa qoşulmaq üçün Java və ya digər proqramlaşdırma dillərini bilməniz zəruri deyil. Selenium ilə Java əsaslı test avtomatlaşdırma kodunun yazılması üçün lazım olan minimal Java bilikləri bu kursda tədris edilir. Qlobal test və QA mütəxəssislərinin tövsiyələrinə əsasən, test avtomatlaşdırmasına başlamazdan əvvəl Proqram Testi və QA-nın əsaslarını bilmək vacibdir. Bu səbəbdən, kursun ilkin tələbi olaraq Proqram Testi və QA Əsaslarının öyrənilməsi güclü şəkildə təklif olunur. İlk addım olaraq, bu kursdan əvvəl Udemy platformasında mövcud olan "Proqram Testi və QA-nın Təməlləri (Azərbaycan dilində)" adlı kursumuzu alıb bitirməniz və sonra bu kursu alıb öyrənməniz tövsiyə edilir.Kursumuz, təlimçimizin 25 illik təcrübəsinə və müxtəlif şirkətlərə və test mühəndislərinə verdiyi təlimlərə əsaslanaraq hazırlanmışdır.
Category: Development > Software Testing > Automation Testing
Partner ID:
Price: 69.99
Commission:
Source: Impact
Go to Course